Cəmiyyət

“İnvest M. Construction” MMC-nin baltasının hər üzü kəsir… – BAKIDA YAŞILLIQ QOYMAYIBLAR…

Bakı ş., Akademik Mirqasımov küçəsi, mənzil 4 ünvanında yaşayan sakinlər “İnvest M. Construction” şirkətindən (keçmiş deputat Əsabil Qasımovun) mülkiyyət hüquqlarının pozulmasından şikayət ediblər.

Tribunainfo.az-a şikayətlərini bildirən sakinlərin sözlərinə görə, evləri, ağacları sökən şirkət 100-ə yaxın ağac kəsib.

Sakinlərin sözlərinə görə, tikintiyə icazə verilməməsi barədə məkkəmə qərarları da var. Lakin şirkət məhkəmənin verdiyi qadağa qərarını heçə sayaraq vətəndaşların mənzillərinin boşaldılması tələb edilir.

Məsələnin narahatedici tərəfi odur ki, tikinti şirkəti əksər sakinlərlə razılaşmadan, onlarla müqavilə bağlamadan, kompensasiya ödəmədən, yalnız quru vədlər verməklə Mirqasımov küçəsindəki binanı sökməyə çalışır. Ancaq bunun qanunsuz olmasını məhkəmə də təsdiq edib və “İnvest M. Construction” MMC-yə burada hər hansı söküntü, köçürülmə, kommunikasiya xətlərinin sökülməsi işlərinin aparılmasını qadağan edib.

Eyni zamanda Vətəndaş Cəmiyyəti Asossasiyasına məxsus obyekt də sözügendən şirkət tərəfindən zərər görüb. Bu obyekt isə keçmiş deputat Elxan Süleymanovundur. Məhkəmənin qərarına əsasən burada da tikinti işləri qadağan edilib.

Məhkəmənin qərardadında yazılır: “Bakı şəhəri, Akademik Mirəsədulla Mirqasımov küçəsi ev 4 ünvanında yerləşən yaşayış binasında hər hansı tikinti-quraşdırma işlərinin, o cümlədən ərazidə tikintiyə hazırlıq işlərinin aparılması, yaşayış binasında köçürülmüş mənzillərin sökülməsi, binaya daxil olan kommunikasiya sistemlərinin sıradan çıxarılması, “İnvest M. Construction” MMC-yə qadağan edilsin. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının “Yaşayış binalarının tikintisi məqsədi ilə torpaq sahəsinin icarə əsasında “İnvest M. Construction” MMC-nin istifadəsinə verilməsi haqqında” 274 saylı 18.02.2020-ci il tarixli sərəncamının icrası həmin hissədə dayandırılsın”.

Qeyd edək ki, həmin ərazidə böyük bir yaşıllıq zolağı var. Sakinlər deyir ki, şirkət həmin ağacları tikintiyə qurban verəcək. Çılpaqlaşan Bakı bu hissədə də oksigensiz qalacaq. Habelə vətəndaşlar bildirir ki, əgər burada nəzərdə tutulan tikinti reallaşarsa, 42 saylı orta məktəb də gün işığına həsrət qalacaq.

“İnvest M. Construction” MMC-nin baltasının hər üzü kəsir...
“İnvest M. Construction” MMC-nin baltasının hər üzü kəsir...
“İnvest M. Construction” MMC-nin baltasının hər üzü kəsir...
“İnvest M. Construction” MMC-nin baltasının hər üzü kəsir...
“İnvest M. Construction” MMC-nin baltasının hər üzü kəsir...

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir