ABŞ-nin Ermənistandakı səfirliyi: “Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün səylər dəstəklənəcək”
ABŞ Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün səyləri dəstəkləyəcək.
“Zirvə yolu” xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyinin feysbuk səhifəsində yazılıb.
Qeyd olunub ki, ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono İrəvana səfəri zamanı Ermənistanın yüksək rütbəli rəsmiləri ilə görüşüb: “O, Ermənistan – ABŞ əməkdaşlığının genişləndirilməsini və regional sülh və sabitliyi müzakirə edib”.
Xatırladaq ki, L,Bono yanvarın 8-dən etibarən İrəvanda səfərdədir. O, Ermənistanın bir sıra rəsmiləri ilə görüşüb.