Cəmiyyət

“Ege Hospital” məhkəməyə verildi: Bu həkimlərdən təzminat tələb edilir – TƏFƏRRÜAT

“Ege Hospital” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.

Qaynarinfo-nun məlumatına görə, klinika barəsində məhkəməyə Abbasov Əbülfət Əsgər oğlu müraciət edib.

Məhkəmədə xəstəxana rəhbərliyi ilə yanaşı, orada çalışan zob həkimi dr. Əliyev Fuad Yusif oğlu, qulaq-burun-boğaz və baş-boyun cərrahı Araz Əliyev də cavabdeh qismində iştirak edəcək.

Əbülfət Abbasov həkimlər barəsində “Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – Maddi və mənəvi ziyanın ödənilməsi” iddiasını qaldırıb.

İşə Nərimanov Rayon Məhkəməsinin hakimi Solmaz Ədilovanın sədrliyi ilə baxılacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir