Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Bəhruz Quliyev və baş katib Faiq Orucov Gəncə Regional Voleybol Klubunun (GRVK) gənc və yeniyetmə oyunçuları ilə görüşüblər.
“Zirvə yolu” AVF-nin mətbuat xidmətindən verilən məlumata görə xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində reallaşan toplantıda klubun rəhbəri Pərviz Qədirov, federasiyanın və GRVK-nın digər əməkdaşları da iştirak ediblər.
AVF rəsmiləri burada təşkil olunan məşqləri izləyiblər, GRVK-nın vəziyyəti, idmançılara yaradılan şərait ilə tanış olublar.
Onlar ölkədə voleybolun daha da inkişaf etdirilməsi istiqamətində görülən və nəzərdə tutulan işlər haqqında məlumat veriblər. Qonaqlar gənc və yeniyetmə voleybolçulara tövsiyələr veriblər, onlara bu yolda uğurlar arzulayıblar.