Fələstin lideri Mahmud Abbas ABŞ dövlət katibi Antoni Blinkeni İordan çayının qərb sahilində yerləşən Ramallah şəhərindəki iqamətgahında qəbul edib.
“Zirvə yolu” TASS-a istinadən xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Bildirilib ki, danışıqlar Qəzza zolağındakı və İordan çayının qərb sahilindəki vəziyyətin gərginləşməsi müzakirələrin əsas mövzusu olub.
Qeyd edək ki, ABŞ dövlət katibi İsrail rəhbərliyi ilə keçirdiyi bir sıra görüşlərdən sonra Ramallaha gəlib.