İdman

Azərbaycanın həndbol hakimləri Avropa Kubokunun 1/8 final oyununa təyinat alıblar

Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyası tərəfindən avrokubok oyununa təyinat alıblar.

“Zirvə yolu”nun məlumatına görə, onlar qadınlar arasında Avropa Kubokunun 1/8 final mərhələsinin matçında ədaləti qoruyacaqlar.

Bu, Şimali Makedoniyanın “Jorçe Petrov” və Çexiyanın “Hazena Kinzvart” komandaları arasında keçiriləcək görüşə təsadüf edəcək.

Qarşılaşma yanvarın 13-də Skopye şəhərindəki “Avtokomanda” İdman Zalında təşkil olunacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir