Cəmiyyət

Baba Rzayevi seçkidən sonra gözləyən KRİTİK aqibət – milyonluq tenderlər, tayfa biznesi və…

Baba Rzayev Azərbaycanda keçmiş AZAL şefi Cahangir Əsgərov qədər varlı, dövlətin pulları heaabına milyardlara sahiblənmiş, əslində prokurorluq tərəfindən yoxlamalar aparılarsa, korrupsiya, mənimsəmə, tender maxinasiyaları faktı ilə məsuliyyətə cəlb edilə biləcək potensial korrupsioner məmurlardan biridir. Anaxeber.info yazır ki, mediada illərlə onun biznes kəhkəşanı, milyonluq obyektləri, qohum-əqrəbası, kürəkəni, övladlarının şirkətlərinin necə qurulması, milyonlar qazanması haqda faktlar tirajlanıb. Amma Baba Rzayev Cahangir Əsgərov kimi müdafiə olunub. Bunun səbəbi məlum olmasa da, əslində, 7 fevral seçkisindən sonra ciddi kadr dəyişiklikləri olacaqsa, biri elə Baba Rzayevin vəzifədən kənarlaşdırılması ola bilər. Çünki o da köhnə qvardiyaya aiddir, uzun illər Azərişıq ASC sədri kimi büdcəni talan edib, indi Azərenerji ASC sədri olaraq milyonlar silir. Ümumiyyətlə, Rzayev odioz fiqur olaraq görünməkdədir. Bu sektorda Etibar Pirverdiyev hansı yeyintilərə yol vermişdisə, Baba Rzayev ondan betər əməllərin sahibi oldu. Ona görə 7 fevraldan sonra növbəsini gözləyən məmurlardan biri də Rzayevdir. O da Cahangir Əsgərovun aqibətini yaşaya bilər. Çünki Azərenerji ASC sədri vəzifəsinə yeni, gənc, qismən şəffaflıq gətirəcək bir şəxs təyin olunmalıdır. Misal üçün enerji sektoruna da iqtisadiyyat naziri Mikayıl Cabbarova yaxın bir kadr təyin edilə bilər.
Anaxeber.info bildirir ki, islahatçı komanda Azərişıq və Azərenerji sahələrinə öz adamlarını yerləşdirməyə hazırlaşır. Bu səbəbdən Baba Rzayev barəsində ortaya çıxan yeni sübutlar da dosye kimi toplanaraq siyasi rəhbərliyə təqdim ediləcəyi iddia olunur.
Belə ki, ötən ilin son günlərində Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin elan etdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi məlum oldu. “Azərenerji” ASC tərəfindən müxtəlif növ elektrik mallarının satın alınması məqəsədilə keçirilən tender müsabiqəsinin qalibi “Electro Service” QSC (VÖEN – 1504224741) imiş.
“Azərenerji” müxtəlif növ elektrik mallarının satın alınması üçün “Electro Service” QSC-yə 897 min 476 manat 47 qəpik ödəyəcək. Məlumat üçün bildirək ki, “Electro Service” QSC 8 oktyabr 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 min manat olan QSC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev prospekti, ev 187B-də yerləşir. “Electro Service” QSC-nin qanuni təmsilçisi Babayev Tural Əli oğludur.
Maraqlı məqamlardan biri odur ki, dövlət qurumlarının keçirdiyi milyonluq tenderlərin qalibi olan “Electro Service” QSC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. Şirkətin nə rəsmi saytı, nə də sosial şəbəkə hesabları var. 2018-ci ilin oktyabr ayında dövlət qeydiyyatına alınan şirkət cəmi 8-9 ay sonra “Azərişıq” ASC-nin keçirdiyi 787 min manatlıq tenderi udub. “Electro Service” QSC təkcə 2022-ci ildə 8, 2023-cü ildə isə 9 tender müsabiqəsində qalib olub.
Bu il şirkətin qalib olduğu 9 tender müsabiqəsindən 6-sı “Azərenerji” ASC və “Azərişıq” ASC tərəfindən keçirilib. Diqqət çəkən digər bir maraqlı məqam isə odur ki, “Electro Service” QSC dövlət qeydiyyatına alınan zaman şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhəllədə yerləşib. Şirkətin qanuni təmsilçisi isə Məmmədov Fuad Alxaz oğlu olub.
Qeyd edək ki, Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhəllədə “Azərenerji” ASC-nin prezienti Balababa (Baba) Rzayevin ailə üzvlərinə məxsus şirkətlər yerləşir. Məsələn, 1 mart 2016-cı il tarixində dövlət qeydiyyatına alınan və hüquqi ünvanı Ziya Bünyadov, ev 2071-ci məhəllədə yerləşən “Zirə Aqropark” MMC-nin (VÖEN – 1503134451) qanuni təmsilçisi Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə olub.
Fərid Fərhadzadə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi olan general-mayor Rüfət Fərhadovun oğludur. Baba Rzayevin kürəkəni mətbuatda “Göknur Bakı Ltd” MMC-nin (VÖEN – 1500023181) müdiri kimi təqdim olunur. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qardaşı Rahib Rzayevdir.
Bundan başqa “Zirə Aqropark” MMC-nin qeydiyyatada olduğu hüquqi ünvanda – Ziya Bünyadov, ev 2071-ci məhəllədə “GBS” QSC adlı (VÖEN-1500855231) şirkət də yerləşir. Bu şirkətə məxsus obyektlər də Zirədəki zeytun zavodu ilə eyni ərazidədir. Həmçinin “GBS” adı ilə başlayan başqa bir şirkətə – “GBS Constrasion Electro Mechanical Systems” MMC-yə (VÖEN – 1501472741 ) Baba Rzayevin digər qardaşı Emin Rzayev rəhbərlik edir. Ölkənin aparıcı şirkətlərindən biri olan “Santral Elektrik LTD” MMC-nin (VÖEN – 1500023051) yerləşdiyi ünvan kimi də Ziya Bünyadov, ev 2071-ci məhəllə göstərilib. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qaynı Həsənov İlham Ağaməsim oğludur.
897 minlik tenderin qalibi olan “Electro Service” QSC-nin hazırki qanuni təmsilçisi Tural Babayevin kim olduğu bilinmir. Lakin açıq internet resurslarda Zirə qəsəbəsinin sakini olan Tural Babayev adlı şəxsin “Santral Elektrik LTD” MMC-də işlədiyi qeyd olunub. Bütün bu iddialara dair qarşı tərəfi dinləməyə hazırıq.

Anaxeber.info

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir