Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində tapança satmaqda şübhəli bilinən şəxs saxlanılıb.
“Zirvə yolu” DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qanunsuz olaraq silah əldə edərək satmaqda şübhəli bilinən Bakı şəhər sakini Rəcəb Hüseynov saxlanılaraq şöbəyə gətirilib.
Onun üzərinə müvafiq qaydada keçirilən baxış zamanı 1 ədəd “Makarov” markalı tapança və həmin silaha məxsus daraq aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.