Azərbaycan və Türkiyənin iş adamları Prezident İlham Əliyevi dəstəkləyir – BƏYANAT
Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəbul edib.
“Zirvə yolu” ATİB-dən verilən məlumata görə xəbər verir ki, bəyanatda deyilir ki, növbəti prezident seçkiləri müstəqil Azərbaycanın tarixində ilk dəfə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında dəmir yumruq kimi birləşmiş xalqımız və qəhrəman ordumuz tərəfindən ərazi bütövlüyü təmin edilmiş ölkəmizin bütün ərazisində keçiriləcək:
“30 illik işğala son qoyulduqdan sonra doğma torpaqlarına qayıtmış insanların ilk dəfə öz yurdlarında seçici olaraq səsvermədə iştirak edəcəyi bu seçkilər Azərbaycan dövlətçiliyinin tarixində yeni və parlaq bir dövrün başlanğıcı olacaq. İlham Əliyevə uğurlar arzulayırıq və keçiriləcək seçkilərin məntiqi nəticəsinin tariximizə parlaq bir səhifə kimi həkk olunaraq qüdrətli dövlətimizin və qalib xalqımızın sınmaz iradəsinin təzahürü olmasını diləyirik”.