İqtisadiyyat Manşet

Azad olunmuş ərazilərdə yeni turizm layihələri üzərində iş aparılır

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində turizm potensialı araşdırılır, yeni layihələr üzərində işlər aparılır.

“Zirvə yolu” xəbər verir ki, bunu “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” (ATAA) İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Bakıda keçirilən “Turizm Sənayesi Subyektlərinin Forumu”nda bildirib.

“Həmin ərazilərdə sürətli quruculuq və bərpa işləri aparılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yenidən dirçəlir. Bu regionun turizm potensialı araşdırılır, yeni layihələr üzərində işlər aparılır. Əminliklə deyə bilərik ki, bu bölgə tezliklə Prezident İlham Əliyevin rəhbərliyi altında dünyada füsunkar təbiəti, memarlıq abidələri və turizm imkanları ilə tanınan gözəl məkana çevriləcək”, – deyə o qeyd edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir