“SOCAR AQŞ-də pandemiya ilə əlaqadar dəniz özüllərində çalışan işçilərin iş qrafikində edilən müvəqqəti 21 günlük,12 saatlıq iş rejimi hələ də davam edir. Ona görə ki,cənab Mollayev belə istəyir.
Yazdılar ki:
SOCAR AQŞ dəniz özüllərində çalışan işçilərini hələ də 21 günlük iş qrafiki ilə işlədilir! Həm əsəb, həm ağır iş, keyfiyyətsiz qidalanma, susuzluq. İmunitetimiz qış aylarında aşağı düşür.Aldığımız əmək haqqını da evdə olduğumuz 21 gün ərzində sağlamlığımıza xərcləyirik ki,növbəti ay smenə gedə bilək. Bizim ən böyük xahişimiz 15 günlük smenə keçməkdir.Necəki,başqa təşkilatlar işlədiyi kimi. SOCAR AQŞ əməkdaşlarına sizin köməkliyiniz lazımdır ki, bu məlumatı sosial şəbəkə yayılsın. Bəlkə müvafiq qurumlar oxuyub insafa gəldilər.Bu şirkətdə rəhbər,fəhlə arasında böyük ayrıseçkilik var. Biz iki ildir yazılı müraciət etmişik. Xahiş etmişik. Dəniz özüllərində 21 gün iş rejimi ,gündəlik 12 saat çox ağırdır.Pandemiya girəndən bizi aylıq,sonrada 21 günlük iş qrafikinə keçiriblər. Axı bizim ailəmiz,uşağımız,xəstəmiz,toyumuz,bayramımız var.Əsas da can sağlığı.
✅SOCAR AQŞ rəhbəri cənab Samir Mollayevin diqqətinə!
Növbə üsulu ilə işləyən işçilər , aylıq iş saatları istehsalat zəruriyyəti, hava şəraiti və s. ilə bağlı hər ay üzrə məhdud sayda normadan az və ya çox ola bilər, lakin həddən çox olması, dənizdə 21 günlük iş rejimində işlədilməsi, işçilərin iş rejiminin və istirahət rejiminin pozulması Əmək Məcəlləsinin tələblərinin pozulmasıdır. Əmək Məcəlləsinin tələblətini pozan işəgötürənlər isə ağırlıq dərəcəsindən asılı olaraq müvafiq maddi, inzibati, inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilər.
Qeyd: Rəis, siz bəlkə də yaxşı mütəxəsissiniz,ancaq idarəetmə bacarığınız çox zəifdir…”
Müəllif: Mirvari Qəhrəmanlı, NHMT sədri
dia-az.info