Dünya

Somalidə terrorçular BMT helikopterinin ekipajını əsir götürüb

Somalidə “Əş-Şəbab” radikal qruplaşmasının yaraqlıları təcili eniş edən BMT helikopterinin ekipajını əsir götürüb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti Moqadişudakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, helikopter mərkəzi Qalqudud bölgəsindəki Visil şəhərinə gedərkən təcili eniş etmək məcburiyyətində qalıb. Bu zaman terrorçular helikopteri yandırıb və naməlum sayda ekipaj üzvünü əsir götürüb. BMT məlumatı hələlik şərh etməyib.

“Garowe” portalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb ki, BMT-nin helikopterinə hücum edən terrorçular 1 nəfəri öldürüb, 6 nəfəri girov götürüblər.

Birləşmiş Millətlər Təşkilatı Somalidəki 17 500 nəfərlik Afrika İttifaqı sülhməramlı qüvvələrinə maddi-texniki və tibbi yardım göstərir. Bununla belə, sülhməramlılar sözçünün sözlərinə görə, ekipaj üzvləri arasında sülhməramlı qüvvələrin heç bir üzvü olmayıb. Yaraqlıların əsir götürdüyü insanlar arasında amerikalıların olmadığı da məlumdur.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir