Xəbər

“Dedilər, bizim mağazada belədir…” – ÖZBAŞINALIQ!

[center][medium]https://yenisoz.az/uploads/posts/2024-01/1705153783_karaca-magazasi.png[/medium][/center]
“Karaca Azərbaycan”dan şikayət var.

AFN.az xəbər verir ki, tanınmış jurnalist Səadət Məmmədova bildirib ki, firmanın Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazasından aldığı məhsul zay çıxıb, lakin mağaza məhsulu nə qaytarır, nə də dəyişdirir: “Karaca”nın “Elmlər Akademiyası” yaxınlığında, Hüseyn Cavid prospektində yerləşən dükanında mənə sifət edən satıcı heyətindən gileylənəndən sonra getdim Azadlıq prospektindəki mağazaya. Buradakı satıcılar daha babat idi. 35 dəqiqəyədək şirəçəkən maşının qutusunu anbarda axtarandan sonra tapdı və mən nəhayət mağazadan cihazı alıb çıxa bildim.

Məhsul keyfiyyətsiz çıxdı, çəkilən şirə plastik dadı verir. Apardım dəyişdirməyə. Baş ofisləri ilə danışıb dedilər ki, hədiyyə kartı ilə alınan məhsul dəyişdirilə və qaytarıla bilməz. Soruşdum ki, o hansı qanunun hansı bəndində yazılıb, mənə göstərin mən də bilim. Dedilər, bizim mağazada belədir. Dedim, amma Azərbaycan qanunvericiliyində belə deyil və mən sizdən şikayət edəcəm”.

S.Məmmədova qeyd edib ki, durumla bağlı Antiinhisar və İstehlak Bazarına Nazarət Dövlət Xidmətinə şikayət proseduru ilə maraqlananda firmadan quruma çox şikayət daxil olduğunu öyrənib: “Məlum oldu ki, ən çox şikayət olunan firmalardan biri məhz “Karaca”dır. İndi mənə maraqlıdır ki, bu “Karaca”nın sahibi və rəhbərliyi niyə Azərbaycan qanunlarını saymır? Niyə ölkənin qanunu ilə yox, öz uydurduqları qanunla işləyirlər?”

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir