Üç gündür ölkə ərazisinə yağan qar bir çox çətinliklər yaradıb. Yolların buz bağlaması, sürət həddinin endirilməsi səbəbindən ictimai nəqliyyatın gediş-dönüşündə gecikmələr yaranıb. Bu səbəbdən paytaxt sakinləri daha çox taksi xidmətlərinə müraciət edib. “Zirvə yolu” “Azerinews.az”ın araşdırmasına əsasən xəbər verir ki, taksilərin qiymətində olan artım istifadəçilərin də narazılığına səbəb olub. Belə ki, normal hava şəraitində 5 manata gedilən yol qarlı havalarda 8-9 manat civarında dəyişib.