Cəmiyyət

FHN şefi postunda DƏYİŞİKLİK GÖZLƏNİLİR… – İDDİA

Son günlər Bakıda baş verən 2 yanğın nəticəsində 4-u körpə olmaqla 10 nəfərin ölməsi fonunda diqqətlər yenidən Fövqəladə Hallar Nazirliyinin üzərinə yönəlib. İllərdir ölkədə baş verən hadisələrdə insan tələfatının çox olması sözugedən dövlət qurumunun necə fəaliyyət göstərdiyini əyani şəkildə ortaya qoyur. Bütün bunlara rəğmən, 2006-cı ildə yaradılan Fövqəladə Hallar Nazirliyinin başında Kəmaləddin Heydərov durmaqda davam edir.

AzToday.az-a daxil olan məlumata görə, zaman-zaman nazirlikdə baş verən xoşagəlməz olaylarda və korrupsiya əməliyyatlarında adı hallanan Kəmaləddin Heydərovun Prezident İlham Əliyevin etimadını doğrultmadığı üçün tezliklə vəzifəsindən çıxarılacaq. Artıq bunun ilk əlamətləri müşahidə olunur. Belə ki, Respublika Perinatal Mərkəzi və Dərnəguldə mebel sexində baş verən yanğınlar zamanı hadisə yerində görünməyən “fövqəlnazir” ləqəbli Kəmaləddin Heydərovun siyasi hakimiyyətinə qəzəbinə gəldiyi bildirilir. Həmçinin, Fövqəladə Hallar Nazirliyində ulu öndər Heydər Əliyevin yüz illik yubiley tədbirlərində görünməyən Kəmaləddin Heydərovun seçkidən sonra fomalaşacaq Prezidentin yeni komandasında yer almayacaq.

Məlumatlarda bildirilir ki, Kəmaləddin Heydərovu onun birinci müavini Rəfael Mirzəyev əvəz edəcək. Hakim ailə ilə yaxınlığı ilə diqqət çəkən Rəfael Mirzəyevin Kəmaləddin Heydərovun biznes imperiyasının sıradan çıxarılmasında da xüsusi əməyi olduğu da iddia olunur. Son illər Rəfael Mirzəyevin biznesinə “yaşıl işıq” yandırılması və ailə üzvlərinə məxsus şirkətlərin dövlət satınalmalarında qalib elan olunması da onun nazir olacağı ehtimalını artırır.

Yayılan başqa məlumatlarda isə bildirilir ki, Fövqəladə Hallar Nazirliyi tezliklə ləğv olunacaq. Səlahiyyətlərinin bir hissəsi əvvəllər olduğu kimi Daxili İşlər Nazirliyinə veriləcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir