İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Quliyev Mirzə Fərzulla oğlunu özünə birinci müavin təyin edib.
“Unikal”ın əldə etdiyi məlumata görə, ərazi idarəеtmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə isə hələlik təyinat yoxdur.
Qeyd edək ki, Mirzə Quliyev həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işində şahid qismində dindirilib. O, məhkəmədə “Mən kənd icra nümayəndələrinin fəaliyyətinə nəzarət etmişım. İstintaqa verdiyim ifadəni təsdiq edirəm. Vilyam müəllim yaxşı insan olub, amma rüşvətlə bağlı bəzi əməlləri olub. Kimsə kənd icra nümayəndəsi təyin olunurdusa, 5 min, icra nümayəndəsinin müavini təyin olunurdusa, 2 min manat ödəməli idi. Bir dəfə də Dövlət Neft Şirkəti tərəfindən köçürülən 150 min manatı Unibankdan götürüb Vilyam Hacıyevə vermişəm” deyə ifadə verib.