Uşaq vaxtından qış fəsli daxil olan kimi böyük həvəslə qarı gözləyirdik. Yaş artdıqca, qar yağdıqdan sonra yaşadığımız problemləri gördükdə, qara olan sevgimiz də əridi. Gələk bu günlərdə qarın şəhərimizdə yaratdığı fəsadlara. Qar yağmağa başlayan kimi internet kəsildi, şəhərin hər yerində işıqlar söndü. Aramsız yağan qar səbəbindən, ağaclar elektrik naqillərinin üzərinə aşıb. Nəticədə şəhər sakinləri 48 saat işıqsız qaldı. Şəhərdə hərəkət iflic, səkilər, əsas yollar bərbad vəziyyətdə idi. Aşmış ağaclar və qırılmış naqillər, buz üstündə sürüşən maşınlar, hərəkətə mane olur və ciddi həyati təhlükə yaradırdı. Küçələri qardan təmizləyən isə elə şəhər əhalisi oldu. Hətta Həzi Aslanov adına 3- saylı məktəbin müəllimləri şagirdlərin buzda sürüşüb, qol- qıçlarını sındırmaması üçün əllərinə kürək götürüb, məktəbin yolunu canla- başla təmizləyirdilər. Fovqəltəbii bir hadisəyə görə 48 saat əhalini işıqsız qoymaq nə deməkdir? Və bir nüansı da geyd edim ki, kəndlərdə hələ də elektrik naqilləri bərpa olunmayıb. Lənkəranın kəndlərində camaat dörd gündən artıqdır ki, işıqsızdır! Dünyanın dörd bir yanında, hər il təkrarlanan bir fövqəltəbii hadisədən bəhs edirik. O insident ki, bizim ölkədə xaos səbəbi oldu. Evində körpəsi, xəstəsi olanlar var. Niyə aidiyyatı qurumlar bu hala hazırlıqlı deyil?! Ölkəmizə qar ilk dəfə yağırdı? Əsl biabrçılığın, qar əriməyə başlayıb, ətraf palçıq olduqdan sonra baş verdiyini şəkillərdən aydın görə bilərsiniz. Əhalinin əlindən problemlərin tezliklə aradan qaldırılmasını ümid etməkdən başqa heçnə gəlmir.
Leyla
TEREF: Xocanın Blogu