Manşet Siyasət

Səfir: “Avstraliya həmişə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib”

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri Con Uilyam Qrinq (John William Gearing) ilə görüşüb.

Bu barədə “Report”un Rusiya bürosu Azərbaycan səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edilib ki, Polad Bülbüloğlu səfiri bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb: “Görüş zamanı bir çox məsələlər, o cümlədən Azərbaycan və Ermənistan arasında mövcud münasibətlər müzakirə olunub. Səfir Qrinq başa çatmış Ermənistan-Azərbaycan münaqişəsindəki vəziyyətlə maraqlanıb. Avstraliyanın hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini qeyd edib”.

Azərbaycanın səfiri münaqişənin tarixi, Azərbaycan və Ermənistan arasında uzunmüddətli və nəticəsi əldə olunmayan danışıqlar prosesi, 2020-ci ildə 44 günlük Vətən Müharibəsində qazanılan qələbə barədə ətraflı danışıb, o cümlədən 2023-cü il sentyabrın 19-da lokal antiterror tədbirləri, münaqişədən sonrakı dövr, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa işləri barədə məlumat verib.

Polad Bülbüloğlu Qarabağ regionunda yaşayan erməni sakinlərinin Azərbaycanın hüquqi və sosial-iqtisadi sahəsinə reinteqrasiyası prosesi ilə bağlı məlumatları təqdim edib. Azərbaycan diplomatı Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin yalnız hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət əsasında mehriban qonşuluq münasibətlərinin qurulması ilə mümkün olduğuna xüsusi diqqət çəkib.

Səfir Con Qirinq ölkəmizi 2024-cü ildə COP29-a ev sahibliyi edəcəyi üçün təbrik edib.

Tərəflər ölkələr arasında gündəlikdə mövcud olan müxtəlif mövzuları müzakirə edib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir