Sosial

Çətin relyefli dağlıq ərazilərdə hərbçilər üçün daşınan seçki qutularından istifadə olunacaq

Çətin relyefli dağlıq ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrdə olan seçicilərin səsvermədə iştirakının təmin edilməsi üçün daşınan seçki qutularından istifadə olunacaq.

“Zirvə yolu” xəbər verir ki, bu barədə secki-2024.az-a Müdafiə Nazirliyindən bildirilib.

Xatırladaq ki, Azərbaycan Ordusunun şəxsi heyəti Müdafiə Nazirliyinin hərbi hissə və müəssisələrində yaradılan qapalı seçki məntəqələrində 7 fevral prezident seçkilərinin səsverməsində iştirak edə biləcəklər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir