Dünya Manşet

Moskva və Ankara regionda addımlarını koordinasiya edəcəklər

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiçlə görüşüb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, onlar Cənubi Qafqazdakı durumu müzakirə ediblər.

Diplomatlar Moskva ilə Ankaranın regionda sülh və sabitliyin gücləndirilməsi üçün atacaqları addımların bundan sonra da əlaqələndirilməsinə dair razılıqları təsdiq ediblər.

Onlar həmçinin Mərkəzi Asiya və Ukraynadakı müharibə barədə danışıb, regional və beynəlxalq məsələlər üzrə ikitərəfli əməkdaşlığın səmərəliliyini qeyd ediblər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir