Cəmiyyət

Azəriqaz” 7 ildir ki, yaşayış olmayan evə 140 manat borc yazdı – FOTO

“Azəriqaz” İstehsalat Birliyi 7 ildir ki, yaşayış olmayan evə 140 manat borc yazdı.

Bunu Sonxeber.az-a müraciət edən Y.İ bildirib.

Y.İ qeyd edib ki, onun Sabunçu rayonun Zabrat qəsəbəsində yerləşən və 7 ildir ki, yaşamadığı evinə “Azəriqaz” İstehsalat Birliyinin işçiləri tərəfindən140 manat borc yazılıb:

“2020-ci ildə bizə mexaniki-elektron sayğac qoşdular. Bir neçə gün öncə telefonuma 140 manat borcumun olması ilə bağlı sms gəldi. Mən dərhal Zabrat qəsəbəsinin Ruslan Göyüşov 106 ünvanında yerləşən evimə getdim. Ora çatanda sayğacımın oğurlandığını gördüm. Mən dərhal “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları ilə əlaqə saxladım. Onlar mənə sayğacımın noyabrın 28-nə kimi yerində olduğunu söylədilər. Hadisə yerinə gələn “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları sayğacımın noyabrın 28-dən sonra oğurlana biləcəyini söylədi. Bundan əlavə mən “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarına bu evdə 7 ildir ki, yaşayış olmadığını və mənə necə 140 manat borc yazılma səbəbini soruşdum. Onlar mənə 2023-cü ilin 3-cü ayından qaz sərfiyyatının olduğu bildirdilər. Necə ola bilər ki, mənim 7 ildir ki, yaşamadığım evə 140 manat borc yazılır. Hər ay borcla bağlı göndərilməli olan sms də mənə bir neçə gün öncə sayğacım oğurlandıqdan sonra göndərildi. Qonşular sayğacın bir aydır ki yerində olmadığını bildirdilər. 7 ildir ki, o evdə yaşayış yoxdur. Əgər həqiqətən mənim borcum var idisə, niyə sayğac oğurlandıqdan sonra bu barədə mənə məlumat verdilər. Məsələ ilə bağlı mən artıq polisə də müraciət etmişəm”.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Azəriqaz” 7 ildir ki, yaşayış olmayan evə 140 manat borc yazdı

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir