Cəmiyyət

Dillər universiteti mebel satan şirkətdən elektronika malları alır

Azərbaycan Dillər Universiteti (ADU) “ANS Suplly” MMC-dən elektronika malları almağı planlaşdırır.

Reportyor.info xəbər verir ki şirkət ADU-nun bununla bağlı keçirdiyi kotirovka sorğusunun qalibi seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 16 095,2 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “ANS Supply” MMC 17 aprel 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, akademik Sübhi Salayev küçəsi, ev 72-də yerləşən MMC-nin qanuni təmsilçisi Məmmədova Rəna Tofiq qızıdır.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.

Dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilən məlumatlardan aydın olur ki, “ANS Supply” MMC satınalma müsabiqələrində fəal iştirak edir.

“ANS Supply” MMC-nin qalib gəldiyi tenderlərdən görünür ki, şirkət mebel satışı ilə məşğuldur.
Məsələn, şirkət “Yeni klinika”nın oturacaqlar, yeni isdifadəyə verilmiş otaqlar üçün mebel və metaldan invertarların satın alınması ilə bağlı tenderinin qalibi seçilib.(Reportyor)

“ANS Supply” MMC-nin təklifi 228 271 AZN olub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir