Pakistanlı ekspert: “Fransa Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına maneələr yaradır”
Rəsmi Parisin hərəkətləri Cənubi Qafqazda regional sülhə getdikcə daha çox maneə yaradır və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı səylərə zərbə vurur.
“Zirvə yolu” xəbər verir ki, bunu pakistanlı analitik və Mərkəzi Asiya üzrə ekspert Məhəmməd Əli Paşa deyib.
“Fransanın anti-Azərbaycan siyasəti çoxlarının narahatlığına səbəb olur. Odur ki, bir çoxları onu regional sabitliyə mane olan qərəzli mövqeyinə görə tənqid edir. Xüsusən də Fransa Senatının Azərbaycana qarşı sanksiyalar tətbiq etmək üçün hökumətə müraciətlə bağlı son qərarı Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması istiqamətində kifayət qədər kövrək olan prosesi qəlizləşdirə bilər”, – o vurğulayıb.
Pakistanlı ekspert qeyd edib ki, Parisin daxili və xarici siyasətində açıq-aşkar islamofobiya elementləri var və bu da Fransada siyasi iğtişaşlara səbəb ola bilər:
“Fransanın siyasi mövqeyi daxili siyasətə və ictimai əhval-ruhiyyəyə potensial olaraq təsir edəcək islamofobiyanın çiçəkləndiyi ab-havanın formalaşmasına səbəb ola bilər. Bu ikili perspektiv beynəlxalq münasibətlərin necə mürəkkəb olduğunu vurğulayır. Belə ki, bir ölkənin xarici siyasətlə bağlı qərarları təkcə geosiyasi nəticələr baxımından deyil, həm də onların sosial və mədəni dinamikaya potensial təsirləri nöqteyi-nəzərdən araşdırılır”.