Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov seleksiya işləri çərçivəsində “Murov Az Terminal” klubu tərəfindən bölgələrdən seçilmiş yeniyetmə voleybolçularla görüşüb.
“Zirvə yolu” xəbər verir ki, görüş qadın voleybolçular arasında Azərbaycan çempionatının X turunun “Murov Az Terminal” – “Gəncə” (3:0) matçından sonra baş tutub.
Federasiya prezidenti yeniyetmələrə yaradılan şəraitlə maraqlanıb, onlara peşəkar idmançı olmaq yolunda tövsiyələrini verib.
Məşqçi və mütəxəssislərlə də söhbət edən Şahin Bağırov federasiyanın hər zaman gənc və yeniyetmə voleybolçulara dəstək olacağını bildirib, onlara uğurlar arzulayıb.