İsveçin Beynəlxalq Əməkdaşlıq və İnkişaf Agentliyi (SIDA) Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) HƏMAS ilə əlaqəsi olduğu iddialarına görə ödənişləri dayandıracağını açıqlayıb.
“Zirvə yolu”nun məlumatına görə, bunu SVT telekanalına müsahibəsində SİDA-nın mətbuat katibi Yuhan Çernenq deyib.
Qeyd edək ki, söhbət 31 milyon kronun (3 milyon ABŞ dolları) dayandırılmış transferindən gedir.
“Biz davam edən təhqiqatın nəticələrini gözləyirik. Tam aydınlıq əldə etməyincə, heç bir vəsait ayırmayacağıq”, – Çernenq deyib.
Xarici ticarət və beynəlxalq əməkdaşlıq naziri Yohan Forssel bunu çox yaxşı qərar adlandırıb.
“İsveç yardımı ciddi aktyorlara verilməlidir və heç vaxt terrora yaxınlaşmamalıdır”, – SVT onun sözlərindən sitat gətirib.
Xatırladaq ki, daha əvvəl ABŞ, Böyük Britaniya, Almaniya və Kanada da daxil olmaqla bir neçə ölkə 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunda bu təşkilatın bəzi əməkdaşlarının iştirakı ilə bağlı şübhələr fonunda UNRWA-ya maliyyənin dayandırıldığını elan edib.