Qazax rayon Müalicə Diaqnostika Mərkəzində istilik sistemi işləmir.
Deyilənə görə 3 ildir ki, “kondisionerlər” xarab olub, təmir edən yoxdur. Orada çalışan işçilər isə bu barədə etiraz edə bilmirlər. Qorxurlar ki, birdən işdən çıxardarlar. Məcbur olub əyinlərini qalın geyinib, susmağa üstünlük veriblər.
“Azərbaycan Reallığı” xəbər verir ki, bu barədə işçilər giley edir. Onlar bildirir: “Qışın sərt ayı (fevral) hələ qabaqdadır, belə getsə işçilər məcbur olub otaqda tonqal qalamalı olacaqlar.
Başa düşmürük, dəyəri milyonlarla ölçülən müasir tipli xəstəxananın kondisionerləri niyə işləmir? Üç ildir xarab olan kondisionerlər günü bu günə qədər niyə təmir olunmayıb?
Qazax rayon Mərkəzi Xəstəxanasının direktoru Sevda Məmmədova bu barədə nə düşünür? Hörmətli Sevda xanım, Kondisionerlər niyə işləmir?”