İqtisadiyyat Manşet

Azərbaycanda dövlət müəssisələrinin auditi beynəlxalq təşkilatlarla müzakirə olunub

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan İnvestisiya Holdinqi və onun portfelində olan dövlət müəssisələrində korporativ idarəetmənin təhlili” layihəsi çərçivəsində Bakıda səfərdə olan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə Dünya Bankının nümayəndə heyətini qəbul edib.

“Zirvə yolu” bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, görüş zamanı nümayəndə heyəti layihə barədə məlumat verərək burada əsas məqsədin dövlət müəssisələrində korporativ idarəetmə sahəsində həyata keçirilən fəaliyyətin qiymətləndirilməsi, ölkədə tətbiq olunan təcrübənin İƏİT-in “Dövlət müəssisələrində korporativ idarəetmə üzrə Rəhbər Prinsiplər”inə uyğunlaşdırılması məqsədilə tövsiyələr verilməsindən ibarət olduğunu bildiriblər.

V.Gülməmmədov dövlət müəssisələrinin hesabatlılığı ilə bağlı məsələlərdən bəhs edərək burada ali audit orqanı olaraq Hesablama Palatasının gördüyü işlər barədə qonaqları məlumatlandırıb. Sədr bildirib ki, Hesablama Palatası ilə Azərbaycan İnvestisiya Holdinqi arasında 2023-cü ildə imzalanmış memorandum çərçivəsində tərəflər kənar dövlət maliyyə nəzarəti tədbirlərinin səmərəliliyinin daha da artırılması üçün təhlillərin aparılması və təkliflərin hazırlanması ilə bağlı əməkdaşlıq barədə razılıq əldə ediblər.

Görüş zamanı dövlət müəssisələrinin auditi mövzusunda da müzakirələr aparılıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir