Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
“Zirvə yolu” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Marketa Pekarova Adamovanı Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev, Çexiyanın ölkəmizdəki səfiri Milan Sedlaçek və digər rəsmi şəxslər qarşılayıblar.