İqtisadiyyat

Gəncədə xəttə yeni avtobuslar buraxılıb

Gəncədə şəhərdaxili marşrut xətti üzrə yeni avtobuslar istifadəyə verilib.

“Zirvə yolu”nun məlumatına görə, bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin daşıyıcı şirkətlərlə apardığı danışıqlardan sonra mümkün olub.

Gəncə şəhərində ən uzun marşrut xətlərindən biri olan 4 saylı marşrut xəttinə 10 ədəd yeni və müasir avtobuslar buraxılıb. Ümumilikdə isə daşıyıcı şirkət 18 avtobus alıb. Digər avtobuslar da mərhələli şəkildə istismara veriləcək.

58-60 sərnişin tutumlu avtobuslar 2018-ci il istehsalıdır və ekoloji təmizdan təmizdir, “Avro 6” standartlarına cavab verir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir