Sumqayıt Texnologiyalar Parkında (STP) yeni təyinat olub.
“Zirvə yolu” xəbər verir ki, Nigar Orucova qurumun Kommunikasiya üzrə rəhbər vəzifəsinə təyin edilib.
O, 1986-cı ildə Bakı şəhərində anadan olub.
N.Orucova bundan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyində mətbuat xidmətində çalışıb. Daha öncələr bank sektorunda Ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində fəaliyyət göstərib.