Dünya

ABŞ Yəməndə husilərin qanadlı raketlərinə zərbələr endirib

ABŞ ordusu Yəmənə növbəti zərbələr endirib və “Ənsar Allah” hərəkatının husi üsyançılarının qanadlı raketlərini hədəfə alıb.

“Zirvə yolu”nun məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

“Fevralın 4-də Səna (Yəmənin paytaxtı-red) vaxtı ilə təxminən saat 05:30-da Mərkəzi Komandanlığın qüvvələri özünümüdafiə məqsədilə husilərə məxsus qanadlı raketi vurdu. Səna vaxtı ilə saat 10:30-dan etibarən Mərkəzi Komandanlıq qüvvələri Qırmızı dənizdəki gəmilərə hücuma hazır olan dörd gəmi əleyhinə qanadlı raketə hücum etdi”, – komandanlığın “X”-dəki paylaşımında qeyd olunur.

Xatırladaq ki, bundan əvvəl ABŞ və Böyük Britaniya silahlı qüvvələri Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının hədəflərinə növbəti silsilə hücumlar həyata keçirib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir