Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi 200-dən çox fiziki və hüquqi şəxsi əhatə edəcək.
“Zirvə yolu” xəbər verir ki, bu barədə “Der Spiegel” qəzeti məlumat yayıb.
Qeyd edilib ki, 13-cü sanksiyalar paketi Rusiyanın Ukraynada hərbi əməliyyatlarına başlamasının ikinci ildönümü ərəfəsində qəbul edilə bilər.
“Bloomberg”in məlumatına görə, yeni “qara siyahı”ya ticarət məhdudiyyətləri, eləcə də sanksiyalardan mümkün yayınmalara qarşı tədbirlər daxil ola bilər.