Cəmiyyət

Azərbaycanda prezident seçkiləri 

2024 cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri təyin olunub.

Qeyd edək ki, seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.

Azərbaycan prezidentini müəyyən etmek üçün keçiriləcək növbədənkənar prezident seçkiləri gününə saylı günlər qalıb, buna görə də 101 sayli Samux-Şəmkir seçki dairəsində 17 saylı Qarayeri məntəqə seçki komissiyasının üzvlərinin hamısı fevralın 7-si qəsəbə sakinlərini səs verməyə dəvət edir.

101 saylı Samux – Şəmkir Seçki Dairəsinin 17 saylı Qarayeri məntəqə seçki komissiyasının üzvləri

1.Menteqe seçki komissiyasının sədri – Bədəlova Vəfa Sahib qızı

2. Məntəqə seçki komissiyasının katibi – Quliyeva Aytən Elmir qızı

3. Məntəqə seçki komissiyasının katibi – Hümbətova Hicran Əmir qızı

4. Məntəqə seçki komissiyasının üzvü – Namazova Aynur Maarif qızı

5. Məntəqə seçki komissiyasının üzvü – Mahmudov Eşqin Oqtay oğlu

6. Məntəqə seçki komissiyasının üzvü – Eldarov Səbuhi İsbəndiyar oğlu

Onu da qeyd etmək istəyirəm ki, mən özüm də İsmayılova Tamara Dəmir qızı Samux rayonu Qarayeri qəsəbəsində anadan olmuşam və hal-hazırda orda qeydiyyatdayam, səs verməyə də Samux rayonuna gedəcəm. Və “Zirveyolu.info” saytının bölgə müxbiri olaraq seçkidə fəal iştirak edəcəm .

Tamara İsmayılova: Bölgə müxbiri

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir