Naxçıvan Muxtar Respublikasının Babək rayon sakini dəm qazı sızması nəticəsində ölüb.
“Zirvə yolu” xəbər verir ki, hadisə dünən gecə saatlarında rayonun Naxişnərgiz kəndində qeydə alınıb.
Kənd sakini, 1983-cü il təvəllüdlü Zamanova Məleykə Mahmud qızının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılır.