“Qarabağ”ın video-analitik məşqçisi Yanuş Vasilyevin tribunadan izlədiyi oyunda Ağdam təmsilçisinin UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya çempionatında qələbə qazanıb.
“Zirvə yolu”nun məlumatına görə, adıçəkilən komanda XX turda öz meydanında “Moreyrense”ni üstələyib.
Abel Ruizin 8-ci dəqiqədə vurduğu yeganə qol “Braqa”ya 1:0 hesablı qələbə qazandırıb. Turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan Artur Jorjenin kollektivi bu nəticə sayəsində xallarının sayını 40-a çatdırıb.
Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.