Sabah “ASAN xidmət” mərkəzlərində yalnız bu xidmətlər göstəriləcək.
Sabah, 7 fevral tarixində ölkə ərazisində növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu səbəbdən həmin tarix qeyri-iş günü hesab edilir.
“Zirvə yolu” xəbər verir ki, bununla əlaqədar olaraq, həmin gün Gəncədə yerləşən 1 və 2 saylı “ASAN xidmət” mərkəzlərində yalnız bəzi xidmətlər göstəriləcək. Sabah vətəndaşlar şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti üzrə hazır sənədlərin götürülməsi üçün mərkəzə yaxınlaşa bilərlər. Sözügedən tarixdə qurum 08:00-dan 19:00-dək fəaliyyət göstərəcək.
Vüsalə Məmmədova: Bölgə müxbiri