Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsi ilə Azərbaycan arasında mümkün sülh müqaviləsində yer ala biləcək bəndlərdən birini açıqlayıb.
O, bu barədə parlamentdəki çıxışı zamanı danışıb.
“Sülh müqaviləsinin mümkün variantında tərəflərin daxili qanunvericiliyə istinad edərək öhdəliklərini yerinə yetirməkdən imtinasının mümkünsüzlüyü barədə bənd var. Odur ki, Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsi ehtiyacı, ilk növbədə, daxili gündəmdən doğur”, – deyə baş nazir bildirib.
Ermənistan Nazirlər Kabinetinin rəhbəri onu da əlavə edib ki, ölkə ətrafındakı xarici mühit indiki konstitusiyanın qəbulu zamanı olduğu kimi deyil və əsas qanunu yeni reallıqlara uyğunlaşdırmaq lazımdır.
Mənbə: TASS