Cəmiyyət

Şəhər sakinləri prezident seçkilərində fəal iştirak edirlər

Gəncədə sakinlər seçki məntəqələrinə axın edirlər.

“Zirvə yolu” xəbər verir ki, şəhər sakinləri prezident seçkilərində fəal iştirak edirlər.

Şəhərimizdə seçicilərin növbədənkənar prezident seçkilərində səsverməsi üçün bütün məntəqələr bu gün, fevralın 7-də tam tərkibdə fəaliyyət göstərir. Ümumilikdə 4 seçki dairəsi var: 38 saylı Gəncə birinci, 39 saylı Gəncə ikinci, 40 saylı Gəncə üçüncü və 41 saylı Gəncə – Samux – Goranboy seçki dairələri. Şəhər üzrə 133 seçki məntəqəsi fəaliyyət göstərir.

Nizami yurdunda 180 min 582 nəfər səsvermə hüququ olan vətəndaş var. Bildirilir ki, bütün məntəqələrdə yüksək seçici fəallığı var.

39 saylı Gəncə ikinci seçki dairəsinin 8 saylı məntəqəsinin sədri Kəmalə İsgəndərovanın sözlərinə görə, səhər saatlarından seçicilərin aktivliyi müşahidə edilir. Səsvermə üçün gələ bilməyən vətəndaşların evinə isə səsvermə qutuları aparılacaq.

Qeyd edək ki, proses saat 19:00-da başa çatacaq.

Vüsalə Məmmədova: Bölgə müxbiri 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir