Manşet Siyasət

Azərbaycanın Almaniyadakı səfirliyində seçici fəallığı müşahidə edilib

Fevralın 7-də Almaniyanın Berlin şəhərində Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar yaradılmış 17 saylı Yasamal III seçki dairəsi üzrə 42 saylı seçki məntəqəsi saat 19:00-da bağlanıb.

“Zirvə yolu”nun xəbərinə görə, növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkilərindəki səsvermədə seçici aktivliyi müşahidə olunub.

Səsvermədə qanun pozuntuları müşahidə olunmayıb, ölkədə yaşayan Azərbaycan vətəndaşları sərbəst şəkildə öz səsvermə hüququndan istifadə ediblər.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.

Bülletenlərin 54,47 faizinin hesablanmasından sonra hazırkı dövlət başçısı İlham Əliyev 92,1 faiz səslə prezident seçkilərində liderlik edir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir