2024-cü ildə dünya üzrə yeni yataqlardan hasil edilən maye karbohidrogenlərin istehlakçılara gündəlik tədarükü 85-90 milyon barel təşkil edəcəyi proqnozlaşdırılır.
“Zirvə yolu” xəbər verir ki, bunu “Restad” analitik konsaltinq şirkətinin Yaxın Şərq və Asiya regionu (MENA] üzrə direktoru Aditya Sarasvat bu gün Bakıda keçirilən İADS Drilling Caspian” konfransında bildirib.
Onun sözlərinə görə, 2030-cu ildə bu rəqəm azalacaq və gündəlik olaraq 55 milyon barelə çatacaq.
A. Sarasvat bildirib ki, dünyada maye karbohidrogen tədarükü azalmaqda davam edəcək. O qeyd edib ki, 2050-ci ilə bu rəqəm gündəlik olaraq 10-15 milyon barelədək azalacaq.
Analitik bu azalmanın iqlim dəyişikliyi ilə bağlı bir sıra ölkələrin götürdükləri öhdəlikləri ilə izah edib.