Minifutbol üzrə Azərbaycan çempionatında IX tur başa çatıb.
“Zirvə yolu”nun məlumatına görə, ikinci gündə 4 oyun keçirilib.
“Baku Fire” komandası mövsümdə ilk qələbəsini qazanıb. Keçmiş futbolçulardan təşkil olunan “İnter” də turu 3 xalla tamamlayıb.
Qeyd edək ki, ilk gündə keçirilən oyunlarda “Aznur” “Veteran”ı (8:4), “Odlar Yurdu” “Real Bakı”nı (6:3), “Zirə” “Birbaşa Bakı”nı (4:1), “Turan” isə “Siyəzən”i (3:2) məğlub ediblər.
Azərbaycan çempionatı
IX tur
“Dinamo Gəncə” – “Sumqayıt” 2:4
“Qalaxy Baku” – “Dirçəliş” 4:2
“Atəşgah Suraxanı” – “İnter” 5:6
“Baku Fire” – “Abşeron” 4:1