Fevralın 7-də keçirilən Asiya kubokunun yarımfinal oyunu Qətər millisinin qələbəsi ilə başa çatıb.
“Zirvə yolu”nun “Sport Express”ə istinadən verdiyi xəbərə görə, Qətər komandası İran yığması üzərində 3:2 hesabı ilə əzmkar qələbə qazanıb.
Qətərlilər 17-ci dəqiqədə Yassem Jaber Abdulsallam, 43-cü dəqiqədə Əkrəm Afif və 82-ci dəqiqədə Abdullah Almoez Əlinin qolları ilə qələbə qazanıb.
İran millisinin heyətində Sərdar Azmun 4-cü, Əlirza Cahanbaxş isə 51-ci dəqiqədə penaltidən fərqlənib. İkinci hissədə komanda Şoca Xəlilzadəni itirib – futbolçu meydandan qovulub.