Azərbaycanın yeniyetmə oğlan sablyaçıları Çexiyanın paytaxtı Praqada keçirilən “European Cadet Circuit” turnirində komanda hesabında 3-cü yeri tutublar.
“Zirvə yolu” xəbər verir ki, mübarizəyə ən güclü “səkkizlik”dən start verən Rəsul Əliyev, Abbas Hüseynov, Nahid Məmmədli və Timur Husnaddinovdan ibarət yığma 1/4 finalda yerli komandaya 45:42 hesabı ilə qalib gəlib.
Lakin qılıncoynadanlarımız finalın bir addımlığında beynəlxalq turnirin qalibi olan Almaniya kollektivinə 40:45 hesabı ilə uduzub.