İdman

Azərbaycanın voleybol millilərinə oyunçu cəlb etmək üçün ilk dəfə “seçim günü” keçiriləcək

Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir.

“Zirvə yolu” AVF-dən verilən məlumata görə xəbər verir ki, bu məqsədlə ilk dəfə Bakıda “seçim günü” keçiriləcək.

Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma təfərindən aparılacaq seçimlərdə fərqlənəcək idmançılar yeniyetmə və gənc komandalara cəlb olunacaqlar.

Seçimlər AVF-nin idman zalında təşkil ediləcək. Burada 2011 (boy 170 sm-dan hündür, çəki 55 kq-dan az), 2012 (boy 170 sm-dan hündür, çəki 50 kq-dan az) və 2013-cü il (boy 168 sm-dan hündür, çəki 50 kq-dan az) təvəllüdlü qızlar iştirak edə bilər.

Məşqlər 16 fevral (16:00 – 21:00), 17 fevral (16:00 – 18:00) və 18 fevralda (16:00 – 18:00) gerçəkləşəcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir