Bakının Sabunçu rayonunda avtobusla törədilən qəzada xəsarət alan kişi ölüb.
“Zirvə yolu” xəbər verir ki, fevralın 6-da 1956-cı il təvəllüdlü Əlləzov Əbülfəz Oruc oğlunun 217 saylı marşrut üzrə idarə etdiyi “Daewoo” markalı avtobus Sabunçu rayonu, Şəhər Yolu şosesi ilə H.Əliyev prospekti istiqamətində hərəkətdə olarkən yolu keçən piyada 1988-ci il təvəllüdlü Nəsirov Elsevər Vəli oğlunu vurub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.