İdman

İngiltərə millisinin futbolçusu “Arsenal”ın tarixinə düşüb

İngiltərə millisinin futbolçusu Bukayo Saka “Arsenal” klubunun tarixinə düşüb.

“Zirvə yolu” “Sky Sports”a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi buna “Vest Hem”ə 6:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXIV turunun matçında nail olub.

Qarşılaşmada dubl edən Saka “topçular”da vurduğu qolların sayını 51-ə çatdırıb.

Beləliklə, o, 1978-ci ildə Frank Stapletondan sonra London təmsilçisində 50 qol vuran ən gənc futbolçu adına sahib çıxıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir