Dünya

Rusiyada ağır yol qəzasında 3 nəfər ölüb, 2 nəfər yaralanıb

Rusiyanın Saxalin vilayətinin Tım rayonunda iki minik avtomobilinin iştirakı ilə baş vermiş ağır yol-nəqliyyat hadisəsi üç nəfərin ölümü ilə nəticələnib.

“Zirvə yolu” TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin Saxalin vilayəti üzrə İdarəsi məlumat verib.

“Üç nəfər ölüb, biri həddi-büluğa çatmamış olmaqla iki nəfər isə xəstəxanaya yerləşdirilib”, – agentliyə bildirilib.

İdarənin məlumatına görə, avtomobillərin birində olan qadın və kişi həlak olublar. Digər maşında isə sərnişinləri isə ailədən ibarət olduğu güman edilir: qadın ölüb, kişi və azyaşlı körpə isə xəstəxanaya aparılıb.

İlkin məlumata görə, hadisənin səbəbkarı “Toyota Mark II” markalı avtomobili idarə edən 38 yaşlı qadın olub. O, sərxoş vəziyyətdə və sürücülük vəsiqəsi olmadan sükan arxasına keçib; şosedə idarəetməni itirərək qarşı zolağa keçib və “Toyota Chaser”lə toqquşub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir