Sosial

İcra hakimiyyətinin başçısı sakinlərlə görüşüb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov İ.Nəsimi adına 44 nömrəli məktəb-lisey kompleksində növbəti dəfə vətəndaşlarla görüşüb. Görüşdən əvvəl qonaqlar təhsil müəssisəsinin şəhid məzunlarının xatirəsinə yaradılan lövhəni ziyarət edib, önünə tər çiçəklər düzüblər.

İcra Hakimiyyətindən verilən məlumata görə, qəbulda YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.

Görüşdə şəhər sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə işlə təminat, fərdi yaşayış evinin təmiri, maddi yardım və digər məsələlər üstünlük təşkil edib.

Niyazi Bayramov vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb, digər müraciətlər qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.

Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Aqşin Əsgərov: Bölgə müxbiri

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir