Cəmiyyət

Bakıda şirkətin anbarının fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi, ev 2A ünvanında yerləşən “Selhome Group” MMC-yə məxsus anbarda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

“Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilən Bakı şəhəri, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi, ev 2A ünvanında yerləşən “Selhome Group” MMC-yə məxsus anbarın fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib”, – qrumdan bildirilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir