Dünya

Ermənistanın iqtisadiyyat naziri istefa verib

Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan istefa verib.

“Zirvə yolu” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu o, sosial şəbəkədə yazıb.

Qeyd edək ki, 1976-cı il təvəllüdlü V.Kerobyan 2020-ci il noyabrın 26-da iqtisadiyyat naziri təyin olunmuşdu. Onun son günlər rəhbərlik etdiyi qurumda baş verən qalmaqallı hadisələrə görə istefaya getdiyi ehtimal olunur.

Xatırladaq ki, yanvarın 31-də iqtisadiyyat nazirinin müavini Ani İspiryan və qurumun daha 6 əməkdaşı korrupsiyada şübhəli bilinərək həbs edilib. V.Kerobyan müavinini müdafiə etmiş, bu məsələdə anlaşılmazlığın olduğunu bildirmişdi.

Bundan başqa, həmin günlərdə Ermənistan parlamentinin sədri Alen Simonyanın qardaşı Karlen Simonyanın həyat yoldaşı Ani Gevorkyan həbs olunmuşdu. Onun tutulması da İqtisadiyyat Nazirliyi ilə bağlıdır. Məlumata görə, A.Gevorkyan Ermənistanda tanınmış “Sinergiya” informasiya-texnologiyaları şirkətində uzun illər çalışıb, proqram meneceri olub. Bu müəssisə tenderdə iştirak etsə də, qalib gəlməyib. Ona görə müsabiqə ləğv edilib. Bunun məsuliyyəti isə A.Gevorkyanın üzərinə qoyulub. “Synergy International Systems” şirkətinin qurucusu və direktoru Aşot Ovanesyan da bu cinayət işi üzrə həbs olunub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir